Zelenski avropalıları Ukraynaya döyüşməyə çağırıb
(26-02-2022, 08:30)
Xəbər verildiyi kimi, Ukraynanın Prezidenti Vladimir Zelenski Rusiya ordusunun Kiyevə yaxınlaşması ilə əlaqədar bunkerə yerini dəyişib. Bu barədə Amerikanın CNN kanalına istinadla «Ölkə» nəşri xəbər verib.
Xəbər verilir ki, həmin bunkerdən Ukrayna dövlətinin başçısı Avropa İttifaqının onlayn keçirilən fövqəladə sammitində iştirak edib. Onunla ünsiyyətdə olan İsveçin Baş naziri Maqdalena Andersson təəssüratını bölüşüb. «O, zirzəmini və ya bunkeri xatırladan yerdə oturmuşdu. O, bizə Ukraynadakı situasiyanı danışdı. Biz vidalaşanda hamı bilirdi ki, aydın deyil, biz nə vaxtsa yenidən görüşəcəyikmi? Hər şey növbəti bir neçə gündə hadisələrin necə inkişaf edəcəyindən asılıdır» - Baş nazir bəyan edib.
TASS agentliyi xəbər verir ki, Zelenski Avropa ölkələrinin vətəndaşlarına müraciət edərək, onları Ukraynaya Avropanı müdafiə etməyə çağırıb.