Nursultan Nazarbayevin qızı deputatlıqdan istefa verib
(25-02-2022, 16:00)
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva parlamentin aşağı palatası deputatlığından istefa verdiyini açıqlayıb.
Bu barədə Qazaxıstanın Zakon.kz portalı məlumat yayıb.
Nazarbayeva portalda dərc olunan bəyanatda deyib: “Bu gün mən parlamentin deputatı vəzifəsindən istefa vermək və bütün diqqətimi sosial, humanitar, mədəni və xeyriyyəçilik fəaliyyətlərinə yönəltmək qərarına gəldim”.
Nazarbayeva Nur Otan (Vətən İşığı) partiyasına səs verən Qazaxıstan xalqına, partiya yoldaşlarına və ölkə rəhbərliyinə göstərdikləri etimada görə minnətdarlığını bildirib.
58 yaşlı Nazarbayeva 2021-ci ilin yanvarından Milli Məclisin deputatı vəzifəsində çalışır.
Ana səhifəyə qayıt
Oxunub: 86
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər