Ukraynanın nə qədər ərazisi işğal olunub?
(23-02-2022, 17:30)
Ukraynanın nə qədər ərazisi işğal olunub?
2014-cü ildə Rusiya Ukraynanın Krım Muxtar Respublikasını və Sevastopol şəhərini zəbt edərək özünə birləşdirib.
Həmin il Rusiya Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” – müstəqil dövlətlər kimi tanıyıb.
Krım Muxtar Respublikasının ərazisi 26 min 861 kvadrat kilometrdir.
Sevastopol şəhərinin ərazisi 1079 kvadrat kilometr göstərilir.
Donetsk vilayətinin 7 min 853 kvadrat kilometri, Luqansk vilayətinin 8 min 377 kvadrat kilometri işğaldadır.
Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadrat kilometrdir. Bu, ölkə ərazisinin 7,3 faizi deməkdir. Ukraynanın 603 min 548 kvadrat kilometr ərazisi var.(novator.az)
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |







