Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətregion ölkələri və beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edir
(23-02-2022, 14:00)

  

Azərbaycan daim öz milli maraqlarına uyğun, çoxsahəli müstəqil xarici siyasət yürüdür, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verir. 22 fevral 2022-ci il tarixdə Azərbaycan və Rusiya arasında imzalanan “Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamədə xarici siyasətimizə tam uyğun olmaqla, Qafqazda sülhün və təhlükəsizliyin inkişafına xidmət edəcək,  Xəzər regionunda və Avrasiya məkanında çoxsahəli əməkdaşlığın möhkəmləndirilməsinə əvəzsiz  töhfə verəcək.
Şuşa bəyannaməsindən sonra Moskva bəyannaməsinin imzalanması Azərbaycanın milli maraqlarını özündə tam ehtiva edir. Hər iki sənəd strateji xarakter daşıyır, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.
Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır  və sənəd əsasında  tərəflərin üzərinə götürdüyü əsas öhdəliklərdən biri də separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
 Regionun əsas faktorları olan Türkiyə və Rusiya ilə ölkəmizin müttəfiq olması olduqca vacibdir. Moskva bəyannaməsi üzərində iş uzun müddətdir ki, aparılırdı  və bu barədə məlumatları dövlət başçıları da bəyan etmişdir. Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Eyni zamanda dövlət başçımız Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar xalqa müraciətində də Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyinin anonsunu vermişdi. Bu mənada qəbul edilən sənədin regionda baş verən son siyasi proseslərlə əlaqəsi yoxdur və həmin sənəddəAzərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edən heç bir məqam yoxdur. Əslində Azərbaycan-Rusiya müttəfiqliyi Ermənistana böyük zərbədir. İlk növbədə ona görə ki, Ermənistan bundan sonra müttəfiqlik əlaqələri və  üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.
 Bu bəyannamə ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Azərbaycan eyni zamanda digər tərəfdaşlarla da münasibətləri inkişaf etdirmək üçün səylərini davam etdirəcək. Bu gün rəsmi Bakının qonşu Gürcüstan və İranla münasibətləri də yüksək səviyyədədir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bir sözlə, Azərbaycan  öz milli maraqlarına uyğun yürütdüyü müstəqil siyasət və  onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib.

Vüqar İsayev, 
YAP Göygöl rayon təşkilatının sədriшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 284

Xəbər lenti