Putinlə Narışkinin mübahisəli dialoqu - VİDEO
(22-02-2022, 11:30)
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qondarma Donetsk və Luqansk "Xalq Respublikaları"nın ("DXR" və "LXR") Rusiyanın tərkibində tanınması qərarını dəstəklədiyini bildirib.
Onun bu sözlərindən sonra Rusiya Prezidenti Vladimir Putin iclasda müstəqilliyin tanınması məsələsinin müzakirə olunduğunu deyib. Narışkin bunun ardınca qondarma respublikaların suverenliyinin tanınmasının tərəfdarı olduğunu bildirib.
Putinlə Narışkinin dialoqu belə olub:
Narışkin: Qərb tərəfdaşlarına son şans verilə bilər ki, onlara Kiyevi sülhə və Minsk razılaşmalarına əməl etməyə məcbur etsinlər. Əks halda biz bu gün müzakirə olunan qərarı verməliyik.
Putin: “Əks halda” nə deməkdir? Siz danışıqlar prosesinə başlamağı və ya onların suverenliyinin tanınmasını təklif edirsiniz?
Narışkin: Mən...
Putin: Aydın danışın.
Narışkin: Mən tanınma təklifini dəstəkləyəcəyəm...
Putin: Dəstəkləyəcəksiniz, yoxsa dəstəkləyirsiniz? Aydın danışın!
Narışkin: Donetsk və Luqansk "Xalq Respublikaları"nın Rusiya Federasiyasına birləşdirilməsi təklifini dəstəkləyirəm...
Putin: Biz bundan danışmırıq, bunu müzakirə etmirik, onların müstəqilliyini tanıyıb-tanımamaqdan danışırıq.
Narışkin: Müstəqilliyin tanınması təklifini dəstəkləyirəm.