Əfqanıstanda tədris ili martın sonunda başlayacaq
(21-02-2022, 17:00)
Əfqanıstanda həm oğlanlar, həm də qızlar üçün tədris ili ölkədə istifadə edilən hicri təqvimlə yeni ilin ilk günündə, yəni bu ilin martın 21-dən sonra başlayacaq.
Bu barədə Təhsil Nazirliyinin nümayəndəsi məlumat verib.
Əfqanıstanda 2022-ci il martın 21-nə təsadüf edən Novruz bayramından sonra yeni ilin ilk ayı başlayır.
Belə ki, qızların dərslərini qadınlar, oğlanların dərslərini kişilər keçəcək. Qadın müəllimlər olmadıqda, qızların dərslərini təcrübəli, yaşlı kişi müəllimlər keçməli olacaqlar. Həmçinin, öğlan və qızlar üçün məktəb və dərs saatları da fərqli olacaq.
Ana səhifəyə qayıt
Oxunub: 126
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar