"Atışmalar Zelenskinin Donbassa gəlməsinə cavabdır" - Ukraynalı hərbi ekspert
(18-02-2022, 09:00)
"Donbassda cəbhədə rus işğalçıları atəşi davam etdirir. Rus tankları Troitskoye kəndinin ərazisini vurur. Gün ərzində Stanitsia-Luqanskayadan Donetskə qədər cəbhə xəttində artilleriya atəşi dayanmayıb".
Bu barədə tanınmış ukraynalı hərbi ekspert Yuri Butusov sosial şəbəkədəki hesabında yazıb.
Ekspert qeyd edib ki, Rusiya qoşunların atəşkəsi pozması onu nümayiş etdirir ki, beynəlxalq sanksiyalar təhlükəsi döyüşləri dayandıra bilməz.
"Bu, Ukrayna rəhbərliyinə, dünən Donbasa gələn prezident Zelenskiyə təzyiqdir" - deyə, Butosv vurğulayıb.
Hərbi ekspert yazır ki, Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerləşdirilsə də düşmən Donbassda əlavə qüvvələr cəmləşdirmədi.
Onun sözlərinə görə, amma bu gün Rusiya göstərir ki, eskalasiya hər an başlaya bilər: "Çoxumuz deyirik ki, Rusiya işğal etmək üçün bəhanə axtaracaq. Bu gün biz görürük ki, işğalçılara heç səbəb lazım deyil. Onlar nəzarət olunan ərazidə, Stanitsia-Luqanskada uşaq bağçasını Rusiya minaatanlarından atəşə tutmasının fotolarını çəkib və bu fotoları işğal altındakı ərazidə guya ukraynalılar tərəfindən uşaq bağçasının atəşə tutması kimi təqdim edib. Bütün kanallar da onların saxtakarlığını yayıblar. Beləliklə, aydın olur ki, düşmən qəfildən Donbassda lokal hücum əməliyyatlarına başlaya bilər".
Butusov vurğualyır ki, Ukraynanın müdafiəsi və təhlükəsizliyi Bayden və ya Consonun deyil, Ukrayna rəhbərliyinin vəzifəsidir.