“Türkiyənin Ukraynaya köməyini yüksək qiymətləndiririk” - ABŞ-ın Ankaradakı səfiri
(16-02-2022, 12:00)


ABŞ-ın Türkiyədəki yeni səfiri Cefferi Fleyk fevralın 15-də «Anadolu» agentliyinə müsahibə verib.

Səfirin sözlərinə görə, Türkiyə NATO üzvü ölkələr arasında ABŞ-dan sonra ikinci “F-16” qırıcıları donanmasına malikdir. Alyansa tövhələr verməkdə isə üçüncü yerdə dayanır.

Amerikalı diplomat həm də Türkiyənin Ukraynaya köməyini yüksək qiymətləndirib: “Türkiyə kimi əvəzolunmaz həmkarımızın olmasından çox şadıq. Ankaranın mövqeyi ABŞ və ümumilikdə dünya üçün əhəmiyyətlidir. Türkiyə suverenliyinin müdafiəsində Ukraynaya kömək edir və fikir ayrılığının həlli üçün diplomatik səylər göstərdiyini bəyan edir. Əlbəttə, əgər belə yol varsa...”

Fleyk həm də ABŞ və Türkiyə arasında fikir ayrılıqlarının həllini şərh edib: "Tərəflərin fikir ayrılıqlarını həll edə bilməsi üçün rəsmi şəxslərin yeni səfərləri mühümdür. Türkiyə uyğun format müəyyən edib və bizi məlumatlandırıb. Vaşinqton buna cavab verməyi mənim təyinatıma qədər təxirə salmağa üstünlük verib. Hesab edirəm ki, cavab tez bir zamanda veriləcək".

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 139

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031