Lavrovla ABŞ-ın Dövlət katibi arasında telefon danışığı olub
(16-02-2022, 10:00)
Fevralın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Lavrov ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri kontekstində birgə işin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Rusiya XİN başçısı Vaşinqton və onun ən yaxın müttəfiqlərinin aqressiv ritorikasının yolverilməzliyini vurğulayaraq, təhlükəsizliyin bölünməzliyi prinsipini vurğulamaqla Rusiyanın qaldırdığı bütün məsələlər üzrə praqmatik dialoqa çağırıb.
Ana səhifəyə qayıt
Oxunub: 147
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər