Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndə maaşlar 15% artırılıb
(15-02-2022, 17:30)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15% artırılıb.
Bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.
Əmrə əsasən, əmək haqqı artımı fevralın 1-dən tətbiq olunub, həm üzən, həm də sahil heyətin məvaciblərinə şamil edilib.
ASCO-nun mətbuat katibi Mehman Mehdiyev faktı "Report"a təsdiq edib.
Ana səhifəyə qayıt
Oxunub: 156
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar