Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır
(15-02-2022, 09:00)


Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır.

Bu barədə  Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə digər obyektlərlə yanaşı səhiyyə sistemi infrastrukturunun tam dağılıb və ya yararsız vəziyyətə gətirildiyindən əhalinin tibbi yardımla təmin olunması üçün müvafiq infrastrukturun yaradılmasının mərhələli şəkildə aparılması nəzərdə tutulur: "Azərbaycanın işğaldan azad edilən şəhər və rayonlarında səhiyyə xidmətlərinin təşkili istiqamətində işlər aparılır. Əhaliyə göstəriləcək səhiyyə xidmətinin günün tələbləri səviyyəsində təşkil olunması məqsədilə hər bir rayon mərkəzində və Şuşada Rayon Mərkəzi Xəstəxanaları və digər səhiyyə müəssisələri üçün yeni binaların tikintisi nəzərdə tutulur".

"İlkin olaraq Şuşada tikiləcək 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının müsabiqədə bəyənilmiş eskiz layihəsi əsasında 8 noyabr 2021-ci il tarixdə ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən təməlqoyma mərasimi keçirilib. Hazırda 90 çarpayılıq Şuşa və 150 çarpayılq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarının işçi layihələri hazırlanır.

Fevralın 13-də isə Ağdam şəhərində 210 çarpayılıq Ağdam Rayon Mərkəzi xəstəxanasının təməlqoyma mərasimi keçirilib. Əhalinin qayıtdığı şəhər və kəndlərdə ailə həkimi məntəqələri və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması da nəzərdə tutulur", - Səhiyyə Nazirliyindən bildirilib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 88

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031