Dünya bazarında neftin qiyməti 1%-dən çox artıb
(14-02-2022, 13:00)
Ukrayna və Rusiya arasında siyasi gərginliyin davam etdiyi bir zamanda dünya bazarında neftin qiyməti 1%-dən çox artıb.
Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 1,14% bahalaşaraq, 1 bareli 95,51 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti 1,41% artıb və 1 bareli 94,39 ABŞ dolları təşkil edib.
Qiymət artımına geosiyasi gərginlik səbəb olub. “Wall Street Journal” yazır ki, “Brent” markalı neftin qiyməti bir barel üçün asanlıqla 100 ABŞ dollarını ötə bilər.
Lakin İran ilə nüvə danışıqlarının sona yaxınlaşması haqqında xəbərlər qiymət artımına bir qədər mane olur.
Ana səhifəyə qayıt
Oxunub: 87
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər