Zakuskin çeçen qadın qarşısında üzr istəyəcək - Kadırovun tapşırığı əsasında
(14-02-2022, 09:00)


Çeçenistanın başçısı Ramzan Kadırovun tapşırığı əsasında Dövlət Dumasının deputatı Adam Delimxanov («Vahid Rusiya») Moskvanın Meşşansk rayon deputat şurasının başçısı Aleksandr Zakuskinə zəng vurub.

Bu barədə «Qroznıy inform» xəbər verib. Zəngə səbəb kimi, Zakuskinin fevralın 10-da 69 yaşlı çeçen qadın Səlimə Yusubhacıyevaya hücum etməsi olub. Qadın Sülh prosektindəki məscidin ətrafında kolbasa satırmış.

Qadın kücədə ilk dəfə deyil ki, alver edirmiş. Onun sözlərinə görə, Zakuskin qadından getməyi tələb etməyib və onun qutularını təpikləməyə başlayıb. Sonra Çeçenistan Respublikasına deportasiya olunacağını vəd edib. Pasportunu göstərməyə cəhd etdikdə Zakuskin onun sifətinə istiot balonu çiləyib.

Həkimlər qadının gözlərinin «yandığını» qeydə alıblar və o, hüquq-mühafizə orqanlarına, çenen diasoruna müraciət edəcəyini deyib.

Adam Delimxanov Zakuskinin hərəkətlərini kəskin tənqid edib.

“Bu qadının hansı millətin və dinin nümayəndəsi olmasına baxmayraq, heç kimin onunla belə rəftar etmək haqqı yoxdur. Üstəlik də «Vahid Rusiya» partiyasının üzvü ilə” - o, qeyd edib.

Danışıq nəticəsində Aleksandr Zakuskin Delimxanovu inandırıb ki, bu qadına özünün səmimi üzrxahlığını bildirəcək və çalışacaq günahını yusun.

Ancaq üzrlə iş bitməyəcək. Çeçenistan ombudsmanının sorğusu əsasında prokuror araşdırma aparacaq. Bundan başqa, bölgənin hüquq müdafiəçiləri Zakuskinin deputat statusundan məhrum edilməsinə çalışacaqlar” – deyə, Delimxanov məlumat verib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 69

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031