Azərbaycanda bəzi yollar buz bağlayacaq
(12-02-2022, 16:00)
Azərbaycanda bəzi yollar buz bağlayacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Qusar-Xudat, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Gəncə-Daşkəsən, Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Naxçıvan-Sədərək magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







