Uşaqların satdığı salfetin içində narkotik olması ilə bağlı yalan məlumat yayan şəxs saxlanılıb
(10-02-2022, 13:30)
Sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Ana səhifəyə qayıt
Oxunub: 73
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər