Alimlər immun çatışmazlığının yeni təhlükəli variantını aşkar ediblər
(4-02-2022, 09:30)


Britaniyanın Oksford Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən əvvəlkilərdən daha təhlükəli yeni İİV (İnsanın İmmun çatışmazlığı virusu) variantı müəyyən edilib.

Tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Alimlər mutasiyanı Avropa ölkələrinin və Uqandanın İİV-ə yoluxmuş sakinlərinin qan nümunələrinin təhlili əsasında aşkarlanıb.

Əvvəllər məlum olmayan "VB" adlı variant 17 nəfərdə aşkar edilib. Onlardan 15-nin Niderland sakinləri olduğu üzə çıxıb.

Təhlillər göstərib ki, yeni variant 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Niderlandda aşkarlanıb. 2000-ci illərdə İİV-in digər variantlarına nisbətən daha sürətli yayılıb, 2010-cu ildən sonra isə yayılması azalıb. Ölkədə İİV-ə qarşı effektiv mübarizə infeksiyanın yayılmasının qarşısını almağa imkan verib.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 81

Xəbər lenti