Britaniya Estoniyadakı qoşunlarının sayını iki dəfə artırır
(31-01-2022, 17:30)


Britaniya hakimiyyəti Estoniyada NATO-nun çoxmillətli batalyonunun tərkibində fəaliyyət göstərən hərbi kontingentini ikiqat artırır.

Bu barədə bazar günü Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın “The Daily Telegraph” qəzetində dərc olunmuş məqaləsində bildirilib.

O, eyni zamanda Avropada gərginliyi azaltmaq üçün diplomatik variantlardan istifadə etməyə çağırış edib.

Qeyd edək ki, hazırda Böyük Britaniya Estoniyadakı 1,2 min nəfərlik NATO batalyonuna komandanlıq edir ki, onlardan 900-ə yaxını krallığın subyektləridir. Yaxın günlərdə respublikada Britaniya hərbçilərinin sayı 1,8 min nəfərə qədər artacaq. Bundan başqa, 140 britaniyalı hərbçi hazırda ABŞ-ın komandanlığı altında alyansın Polşadakı çoxmillətli batalyonunun tərkibindədir.

Xatırladaq ki, NATO batalyonlarının Estoniya və Polşada, eləcə də Latviya və Litvada yerləşdirilməsi barədə qərar təşkilatın 2016-cı ildə Varşavada keçirilən sammitində qəbul edilib. ( iz.ru)

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 91

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031