"Paşinyanın partiyası prezident postuna namizədlik ilə bağlı qərarına yenidən baxıb" - KİV
(31-01-2022, 12:30)
Ermənistanda Vətəndaş Razılaşması Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryanın namizədliyini irəli sürəcək. Bu barədə yerli “Haykakan Jamanak” qəzeti yazıb.
1990-cı illərin əvvəllərində V.Xaçatryan İrəvanın meri və parlamentin deputatı olub. O, ötən ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib.
Qeyd edək ki, daha öncə hakim partiyanın Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyanın prezidentliyə namizədliyini irəli sürməsi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Ermənistanın artıq sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, dövlət başçısının səlahiyyətlərini “müharibə və ya sülh məsələlərinə təsir etmək” üçün yetərsiz adlandırıb.
Ana səhifəyə qayıt
Oxunub: 90
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər