"Rusiyanın narahatlığı ciddi qəbul olunmalıdır" - Van İ Blinkenə deyib
(28-01-2022, 12:30)
ABŞ Rusiyanın təhlükəsizlik sferasında narahatlığını nəzərə almalıdır.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı yanvarın 27-də ÇXR Xarici İşlər naziri, ÇXR Dövlət Şurasının üzvü Van İ bəyan edib.
«Rusiyanın təhlükəsizlik sferasında rassional narahatlığı ciddi qəbul olunmalı və tənzimlənməlidir» - onun sözlərindən ÇXR XİN sitat gətirir.
Xəbər verildiyi kimi, bu ərəfədə ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya XİN-ə Amerika administrasiyasının Rusiyanın təhlükəsizlik qarantiyası təklifinə yazılı cavabını təqdim edib. Bir qədər sonra, ABŞ Dövlət katibi Entoni Blinken qeyd edib ki, Moskvaya təqdim olunmuş sənədlərin Kreml tərəfindən konfidensiallığına ümid edir. ABŞ-da da onun məzmunu dərc olunmayacaq.
Ana səhifəyə qayıt
Oxunub: 75
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər