NATO Rusiyaya güzəştə getməyəcək - Stoltenberqdən açıqlama
(27-01-2022, 13:30)


NATO heç bir ölkənin alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək. Bu barədə alyansın baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək”, - baş katib əlavə edib.

Baş katib Rusiya ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib. Bununla yanaşı deyib ki, dialoq ziddiyətlərin nizamlanması üçün zəruridir. 




“NATO qarşı tərəfə yazılı cavab verməyi qərara alıb, çünki Rusiya ilə dialoqda irəliləyişə nail olmaq niyyətindədir”, - Stoltenberq vurğulayıb.

NATO baş katibi həmçinin Rusiyanı missiyalarının bərpasına dəvət edib. Yens Stoltenberq bildirib ki, alyans Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı cavabında tərəflərin diplomatik missiyalarının bərpasını təklif edib.

"Biz Moskva və Brüsseldəki ofislərimizi bərpa etməliyik", - o deyib.

Stoltenberq onu da vurğulayıb ki, NATO Rusiyaya birbaşa rabitə xətti yaratmağı təklif edir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 80

Xəbər lenti