DSMF-nin binasını yandırmaq İSTƏDİ
(26-01-2022, 14:30)

Şəkidə Dövlət Sosial Müdafiə Fondunun binasını yandırmaq istəyən şəxs saxlanılıb.

 

Bu barədə  Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, yanvarın 25-i günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

 

Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 79

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031