İnternet şirkətinin əməkdaşı bədbəxt hadisə nəticəsində öldü
(25-01-2022, 14:00)


İnternet şirkətinin əməkdaşı bədbəxt hadisə nəticəsində öldü
Yanvarın 24-ü saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Rahat Telecom” MMC-də montajçı işləyən 1977-ci il təvəllüdlü Müseyib Cəfərov ölüb.
 
Prokurorluqdan  verilən məlumata görə, Müseyib Cəfərov metal dirəyə çıxıb internet kabeli çəkilişi işləri görən zaman üzərindən keçən yüsək gərginlikli elektrik naqilininə toxunub, elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə istintaq davam edir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 83

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031