Belçikada karantinə kütləvi etiraz
(24-01-2022, 09:15)

Brüsseldə pandemiya ilə bağlı karantin qaydalarına qarşı "Avropa azadlıq" nümayişi başlayıb.
Asayişi qoruyan polis əməkdaşlarının bildirdiyinə görə, Belçika paytaxtının Şimal vağzalında on minlərlə insan toplaşıb.
Etirazçılar əllərində "Demokratiya azadlıqdır", "QR kodlara yox!", "Koronavirus Cəmiyyəti yoxdur!" və s. sözləri yazılmış plakatlar tutublar.
Aksiya həm sağ, həm də sol baxışlı fəalların daxil olduğu “Europeans United” adlı (“Birləşmiş avropalılar”) qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub.
Məlumata görə, aksiyada Belçika, Fransa, Almaniya, Lüksemburq, Hollandiya, İspaniya, İtaliya sakinləri, eləcə də Brüsseldə yaşayan bir çox Aİ ölkələrinin vətəndaşlarının nümayəndələri iştirak edirlər. 100 mindən çox insanın küçələrə çıxacağı gözlənilir.
Qeyd edilib ki, aksiyanın keçirilməsinə şəhər rəhbərliyi tərəfindən icazə verilib.