Məşhur aktyor dünyasını dəyişdi
(24-01-2022, 14:30)

Rusiyanın Əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.

 

Bu barədə teatrın "Facebook" səhifəsində məlumat paylaşılıb.

 

Qeyd edək ki, əslən dağıstanlı olan Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub.

 

R.Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışıb. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. R.Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

O, Azərbaycan kinosunda “1001-ci qastrol!, “De ki, məni sevirsən!”, “İşgüzar səfər”, “Nizami”, “Bəyin oğurlanması”, “Alman klinikasına şəxsi səfər” və “Ölsəm... bağışla” filmlərində maraqlı obrazlar yaradıb.

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 84

Xəbər lenti