Goranboyda dəhşətli qəza: İki bacı öldü, 5 yaralı
(24-01-2022, 14:00)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qızılhacılı qəsəbə yolunda qeydə alınıb.
Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
***
Goranboyda baş vermiş qəza nəticəsində ölənlərin və xəsarət alanların kimliyi müəyyənləşib.
İki avtomobilin toqquşması zamanı həlak olan şəxslər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı və onun bacısı 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.
Xəsarət alanlar 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Hazırda faktla əlaqədar araşdırma aparılır.
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |






