Krımla bağlı açıqlamasına görə İSTEFA VERDİ
(24-01-2022, 10:00)

Vitse-admiral Kay-Axim Şönbax Almaniyanın Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən istefa verməyi qərara alıb.
AFR-in Müdafiə Nazirliyi Şönbaxın səsləndirdiyi “Krım heç vaxt Ukraynanın tərkibinə qayıtmayacaq” bəyanatı ilə razı olmadığını bildirib. Müdafiə Nazirliyinin nümayəndəsi deyib:
“Bu fikirlər öz məzmununa görə Nazirliyin mövqeyinə əsla uyğun deyil”.
Bundan sonra vitse-admiralın istefa verməsini elan etməkdən başqa çarəsi qalmayıb. Kay-Axim Şönbax öz karyerasına son qoymuş müsahibəni Hindistana səfəri zamanı verib. O, hindistanlı həmkarları qarşısında çıxışında deyib: “Krım yarımadası itirilib, o heç vaxt qayıtmayacaq”.
Daha sonra məlum olub ki, alman səfiri bu məsələyə dair izahat vermək üçün Ukraynanın Xarici İşlər Nazirliyinə çağırılıb.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |






