Avtobus qəzası ilə bağlı rəsmi AÇIQLAMA
(21-01-2022, 12:00)

20 yanvar 2022-ci il tarixində Binəqədi rayonu DSK yolu adlanan ərazidə “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da qəza dayanma işıqlarını qoşmayıb:

 

"Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb".

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 97

Xəbər lenti