Azərbaycanda insanların iş saatı çoxdur - Ayda 148 saat
(21-01-2022, 09:00)

2022-ci il yanvarın 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 303,9 min nəfər olub.
Onlardan 4 milyon 988,2 min nəfərini məşğul əhali təşkil edib ki, bu isə 2020-ci illə müqayisədə 2,3 faiz çoxdur.
2021-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 704,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,7 min nəfər, qeyri-dövlət sektorunda isə 799,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 673,4 min nəfər çalışıb.
2021-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq iş saatının miqdarı 147,7 saat təşkil edib. Qeyd edək ki, həmin göstərici 2020-ci ilin müvafiq dövründə 139 saatı təşkil edib.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |






