“Məmurlarımız dara düşəndə dinə-imana gəlirlər...”
(15-01-2022, 11:30)

“Bizim məmurlar dara düşəndə dinə-imana gəlirlər. Ona qədər milyonları çapıb-talayırlar, amma heç fikirləşmirlər ki, biz nə edirik”
Bunu açıqlamasında müğənni Əli Mirəliyev deyib. Ə.Mirəliyev həbsdə olan məmurların vəzifələrdə işlədikləri dövrdə nəfslərinin əsiri olduqlarını bildirib:
“Milyonlar qazanırlar, bahalı villalar, evlər, obyektlər tikirlər. Amma vaxt gəlir bir gün hamısı əllərindən alınır. Çünki haram pulla qazanırlar, Allah sonda onlara göstərir ki, xalqın haqqını yeməklə heç nə edə bilməzsən. Vətəndaşlar bunların qəbuluna düşmək üçün min biz əziyyət çəkirlər, saatlarla qapı dalında gözləyirlər. İndi o kabinetdə oturan, bahalı maşınlarda gəzən bəzi məmurların halına baxın. Bir çoxu həbsdədir. Həbsaxanaya da düşən kimi namaza qayıdırlar, şeir yazırlar.
Bir neçə gün öncə ölkə başçısı əyri yolla gedən məmurlara bir daha xəbərdarlıq etdi. Düz də edir. Nə qədər özbaşınalıq etmək olar. Vallah bir evin olsun, bir tikə çörəyini qazanıb yaşa hamısından yaxşıdır. O boyda milyonlarla gecə rahat yata bilmirsənsə, kimə lazımdır bunlar?! İndi namaz qılır, şeir yazırıq deməklə özlərini camaata güldürürlər. Doğrusu, onların səmimiyyətinə inanmıram. Bu dünyada insanları aldada bilərsən, amma o dünyada mümkün olmayacaq, Allah hər şeyi görür. İndi vəzifəyə gələn gənc icra başçılarına çox ümidliyəm. Əlbəttə ki, onlar yaşlılar kimi olmayacaq”.
Qeyd edək ki, Şəmkirin həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovun həbsaxanada namaza başlaması, şeir yazması və idmanla məşğul olması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Ana səhifəyə qayıt
Oxunub: 70
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar