"İndi bütün telekanallar bir birinə oxşayır" - Xalq artisti
(15-01-2022, 10:30)


"Dünyada aktyorun yaşı yoxdur. 73 yaşım tamam oldu. Bu yaş bir tale yüküdür"
 
Bu sözləri 73 yaşını yeni qeyd edən Xalq artisti İlham Namiq Kamal açıqlamasında bildirib.
 
Xalq artisti zamanında televiziyaların bəzəyi olan teletamaşalardan da söz açıb:
 
"Əvvəllər teletamaşalar üçün kanallara müraciətlər olunurdu. Vəsaitlər ayrılırdı, ona baxılıb teletamaşalar çəkilirdi. Bu il Azərbaycan Televiziyasının vəziyyəti də bəlli idi. 
 
Gənc rejissorlarımız da yetişir, onlar da yeni layihələr hazırlamalıdırlar. Hər bir telekanalın da öz siması olmalıdır. Əvvəllər Azərbaycan Televiziyası da öz simasını saxlamışdı, yüksək səviyyəli layihələri var idi. İndi bütün telekanallar bir birinə oxşayır. Azərbaycan televiziyasında 55 illik yaradıcılıq xəzinəm var. 
 
Hər bir telekanal öz ənənəsini, simasını qorumalıdır. Hər televiziyanın öz siması olmalıdır. Əgər qorumasa, heç olub gedə bilər. Yaşından asılı olmayaraq hər bir insan zəmanəsinin müasir fərdi olmalıdır. Fərdi olmaq üçün isə yaş senzurası yoxdur".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 89

Xəbər lenti