Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilir
(15-01-2022, 10:00)

Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilib.
Bu təklifi Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən "dəyirmi masa"da irəli sürüb.
Onun sözlərinə görə, Azərbaycanda ictimai nəzarətin hüquqi əsasları var: “Lakin ictimai nəzarətin bir institut olaraq formalaşması başa çatmayıb”.
Ə.Nuiyev bildirib ki, ictimai nəzarət bütün dövlət qurumlarını əhatə etmir: “Dünyada bununla bağlı müxtəlif təcrübələr mövcuddur. Bunlardan biri Prezidentin yanında İctimai Palatanın yaradılmasıdır. Bu ən yaxın ünsiyyət və problemləri ən dəqiq şəkildə çatdırmaq imkanı deməkdir. Bu sayədə ayrı-ayrı sektorlarda vəziyyəti müzakirə etmək olar. Hesab edirəm ki, palatanın tərkibi media, ayrı-ayrı sahələrin mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət olmalıdır”.
Ana səhifəyə qayıt
Oxunub: 75
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar