Yollarda son VƏZİYYƏT - Şuşaya güclü qar yağır
(14-01-2022, 16:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında açıqlayıb.

 

Qurumdan  verilən məlumatda qar və buz olan yollarda müvafiq tədbirlər görüldüyü bildirilib

 

“ZƏFƏR” yolu Yolun Xocavənd (Tuğ kəndi) Şuşa şəhərinə qədər güclü qar yağır, qarın qalınlığı 5-10 sm təşkil edir, 3-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.

 

Toğanalı-Kəlbəcər-İstisu Yolun Murovdağdan keçən hissəsinə güclü qar yağır, şaxta 12-20 dərəcə təşkil edir. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi Siyəzən və Şabran rayonları ərazisində sulu qar, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, 4-5 şaxta var.

 

Xınalıq yolunda zəif qar yağır, 10-11 dərəcə şaxta var. Hazırda yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunub.

 

Giləzi - Xızı yolu - Xızı rayonu ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Bakı – Qobustan yolunda - Yolun Abşeron və Qobustan rayonları ərazisinə düşən hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Abşeron və Qobustan rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

 

Qobustan - Şamaxı - Muğanlı yolunda güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Muğanlı - Ağsu - Yevlax yolunun Muğanlı-Ağsu hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Muğanlı – İsmayıllıda güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunun İsmayıllı və Qəbələ rayonları ərazisinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Oğuz və Şəki rayonları ərazisində yağıntı yoxdur.

 

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Yevlax - Şəkidə (Göybulaq) yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Şəmkir - Gədəbəydə səhər saatlarında 5-6 sm qar yağıb, hazırda yağıntı yoxdur. Yol qardan təmizlənib, qum-duz səpilib. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Gəncə - Daşkəsən - Xoşbulaq yolunun Daşkəsən rayonu ərazisinə güclü qar yağır, 8-9 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədində marşrut boyu yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Masallı – Yardımlı - Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Lənkəran-Lerik- Lənkəran rayonu ərazisində yağış, Lerik rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Bakı - Ələt - Hacıqabul yolunun Bakı-Hacıqabul hissəsinə qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Hacıqabul - Ucar - Yevlaxda yağıntı yoxdur, hava küləklidir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədində yağıntı yoxdur, hava küləklidir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Hacıqabul – Bəhramtəpə – Horadizdə yağıntı yoxdur, hava tutqundur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 31

Xəbər lenti
08-08-2022 17:34
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031