Sabiq deputat vəfat etdi
(14-01-2022, 13:30)

Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib.
O, uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.
F.Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirib.
1959-cu ildən fərdi tikiş fabrikində fəhlə, dərzi köməkçisi, dərzi, biçici, istehsalat rəisi, 1975–1983-cü illərdə fabrikin direktoru işləyib. 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi, 1987–1992-ci illərdə Bakı Trikotaj İstehsalat Birliyinin, «Azəryüngülyeyintisənaye » Birliyinin, «Azərtoxucutəchizatsatış» firmasının baş direktoru olub. 1992–1997-ci illərdə Azərbaycan Respublikasının material ehtiyatları naziri, 1999–2005-ci illərdə «Güvən» şirkətinin baş direktoru vəzifələrində çalışıb.
2005-ci il noyabrın 6-da 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilib.
İqtisad elmləri namizədi olan F.Zeynalov Əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi idi.
Allah rəhmət eləsin…
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |






