Uşağın döyüldüyü bağçada TƏHQİQAT -Tərbiyəçi 3 uşaq anasıdır
(14-01-2022, 09:30)

Ötən gün sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən videogörüntülər böyük müzakirələrə səbəb olub.

 

Hadisənin bu həftə İsmayıllı rayonunda yerləşən 1 saylı Körpələr evi-uşaq bağçasında baş verdiyi məlum olub.

 

Videogörüntüdə tərbiyəçi foto çəkmək üçün azyaşlının başına vuraraq, azyaşlıdan çörəyi ağzında tutmasını istəyib. Uşaq da buna əməl etməyincə, tərbiyəçi öz "üsulu"na əl atıb.

 

“Instagram” sosial şəbəkəsində sözügedən uşaq bağçasında bütün uşaqların yemək zamanı çəkilmiş şəkilləri  kifayət qədərdir. Digər uşaqların da fotolarını tərbiyəçinin "əl"indən keçmədiyi insanlarda şübhə yaradıb.  

 

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır:

 

"Müvafiq sorğu və izahat işləri aparılır. Üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək"Bağçada uşağı döyən müəllim.

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 21

Xəbər lenti
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31