Tələbələr universitetin yataqxanasında günü 1 manata qalır
(13-01-2022, 17:30)

Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilib.

 

Universitetin rektoru İbrahim Cəfərov 2009-cu ildən bu ali məktəbin aqrar universitet statusunda fəaliyyət göstərdiyini bildirib.

 

Onun sözlərinə görə, hər il universitetə 1300 nəfər qəbul olunur:

 

“İxtasasların təxminən 80 faizi dövlət sifarişlidir. Hazırda universitetdə 32 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Həmçinin, universitetində 350 nəfərdən artıq əcnəbi tələbə təhsil alır. Bu tələbələr 12 dövləti təmsil edirlər. Bunlar Türkiyə, İraq, Qazaxıstan, Afrika ölkələri, Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələrdir”.

 

İbrahim Cəfərov qeyd edib ki, son illərdə 150 nəfər müəllim işə qəbul olunub:

 

“Əvvəllər bu ali məktəbə maraq az idi. Lakin ölkədə aqrar sahə prioritet hesab olunandan, böyük fermer təsərrüfatları yaranandan sonra ADAU-ya maraq böyükdür. Son 5 ildə cənab prezident 3 dəfə Aqrar Universitetdə olub. Bizim tədris korpumuz nəinki MDB məkanında, Şərqi Avropada ən böyük tələbə korpuslarından biridir”.

 

Rektor tələbələrin universitetin tələbə yataqxanasında günü 1 manata qaldıqlarını vurğulayıb:

 

“Beləliklə, onların il ərzində qalma xərci 350 manatdır. Bu gün bizim 9 tədris korpusumuz var. Onlardan bir neçəsi universitetin kampusundan kənarda yerləşir. Bu gün Aqrar Universitetdə 4 tələbəyə bir kompüter düşür. Bir neçə il əvvəl Təhsil Nazirliyi tərəfindən açıqlanan statistikaya görə 28 tələbəyə bir komputer düşürdü. Hazırda universitetdə 100-dən artıq ağıllı lövhə var.

 

Bu gün bizim 5 istixanamız, balıqçılıq təsərüfatımız, digər müəssisələrimiz var. Yığılan məhsul tələbələrin qidalanmasına sərf olunur”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 9

Xəbər lenti
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31