Azərbaycanda partiya sədri HƏBS EDİLDİ
(13-01-2022, 16:30)

Bu gün Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub.

 

Hökmə əsasən, Ə.Əliyevə 5 ay həbs cəzası verilib.

 

Digər şikayətçi - DSX kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında Əli Əliyev barəsində iddiasına hakim Rauf Daşdəmirov sədrliyi ilə bir müddət sonra baxılacaq.


Qeyd edək ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterin qəzaya uğraması nəticəsində yaralanmış polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.


İddiaçılar Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.

Onlar şikayətlərində bildiriblər ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı-ayrı icraatda araşdırılır.
 

VİP sədri Əli Əliyev 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal irəli sürüb.
 

Xatırladaq ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi ölüb, 2 nəfər yaralanıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 25

Xəbər lenti
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31