Paşinyan sərhəddəki itkilərdən DANIŞDI: “Bizə güclü əsəb lazımdır”
(13-01-2022, 11:00)

“Ermənistan hökuməti region üçün dinc inkişaf dövrünün açılması gündəmini ardıcıl olaraq irəli sürəcək”.

Bunu baş nazir Nikol Paşinyan yanvarın 13-də hökumətin iclasında deyib.


"Təəssüf ki, sərhəddə insan tələfatı ilə nəticələnən hadisələr davam edir. Biz öz siyasətimizi elan etmişik. Mən iki şey haqqında danışmışam, bu, hökumətin proqramında da öz əksini tapıb. Bizim əsas vəzifələrimizdən biri də ölkəmizin müdafiə qabiliyyətini ardıcıl olaraq artırmaqdır. Ki, ölkəmiz və region üçün elan etdiyimiz dinc inkişaf gündəmini açaq. Bunun üçün güclü əsəblərə ehtiyacımız var”, - Paşinyan hökumətin iclasında bildirib.


Hökumət başçısı vurğulayıb ki, Ermənistanın ətrafında sabit və təhlükəsiz mühitin formalaşması üçün hər şey edilməlidir.
 

“Bu, bizim ən mühüm siyasi vəzifəmizdir, xüsusən də müharibədən və növbədənkənar parlament seçkilərindən sonra. Biz bu gündəmi ardıcıl olaraq irəli sürəcəyik”,- Paşinyan deyib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 70

Xəbər lenti