ABŞ və Rusiyanın hərbi gücü – Müqayisə
(12-04-2018, 18:48)

Suriya məsələsində ABŞ və Rusiya qarşıdurmasının getdikcə daha gərgin xarakter alması dünyada yeni bir müharibənin başlaması ehtimalını gücləndirib.

Axar.az xəbər verir ki, artıq dünya mediası bu iki nəhəng dövlətin ordusunu, hərbi potensialını müqayisə etməyə başlayıb.

Dünyanın nüfuzlu dərgilərinin apardığı araşdırmaya əsasən, ABŞ və Rusiyanın hərbi gücünün müqayisəsi aşağıdakı kimidir:

Şəxsi heyətin sayı

ABŞ - 1 milyon 281 min 900

Rusiya - 1 milyon 13 min 628.

Ümumi heyətin sayı

ABŞ - 2 milyon 83 min 100

Rusiya - 3 milyon 586 min 128.

Hərbi büdcə

ABŞ - 647 milyard dollar

Rusiya - 47 milyard dollar.

Döyüş təyyarələrinin sayı

ABŞ - 1962 ədəd

Rusiya – 818 ədəd.

Hücum təyyarələrinin sayı

ABŞ – 2830 ədəd

Rusiya – 1416 ədəd.

Hücum helikopterlərinin sayı

ABŞ – 973 ədəd

Rusiya – 511 ədəd.

Tank sayı

ABŞ – 5884 ədəd

Rusiya – 20.300 ədəd.

Zirehli döyüş maşınları

ABŞ – 38.822 ədəd

Rusiya – 27.400 ədəd.

Raketatan silahların sayı

ABŞ – 1197 ədəd

Rusiya – 3.816 ədəd.

Təyyarədaşıyan gəmi sayı

ABŞ - 20 ədəd

Rusiya – 1 ədəd.

Sualtı gəmi sayı

ABŞ – 66 ədəd

Rusiya – 62 ədəd.

Ölkələrin nüvə potensialı müqayisə edilməyib. Bildirilir ki, nüvə silahına əl atılması mümkünsüzdür, əgər istifadə olunarsa, onun sayının fərqi elə də əhəmiyyət daşımır.
ABŞ və Rusiyanın hərbi gücü – Müqayisə
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 359

Xəbər lenti