Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı təyin olundu
(14-08-2025, 12:30)
Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri, ordu generalı Bəxtiyar Ərsaya yeni vəzifə verilib.
dovrunnabzi.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəxtiyar Ərsay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. Bu, Türkiyənin əsas ordu birləşməsi sayılır və qərargahı İstanbul şəhərində yerləşir.
Xatırladaq ki, avqustun 5-də B.Ərsaya ordu generalı rütbəsi verilib.
Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.
O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

Ana səhifəyə qayıt
Oxunub: 11
Xəbəri paylaş
Xəbər lenti
18-08-2025 14:30
Ən çox baxılanlar