İran Azərbaycan sürücülərindən QİSAS ALIR - “Gedin “Tramp marşrutu”ndan istifadə edin”
(14-08-2025, 16:30)
Naxçıvandan Bakıya yük daşıyan sürücülər İran-Azərbaycan sərhədində görünməmiş çətinliklərlə üzləşiblər.
dovrunnabzi.az xəbər verir ki, Ermənistan və Azərbaycan arasında sülh bəyannaməsi imzalandıqdan sonra İran Naxçıvandan Bakıya yük daşıyan sürücülər üçün gömrük prosedurlarını sərtləşdirib.
Sürücülərin sözlərinə görə, artıq bir neçə gündür ki, qida, su və sanitar şərait olmadan gözləməli olurlar.
Bildirirlər ki, onları növbə bəhanəsi ilə Biləsuvar gömrüyündən uzağa, çölə göndərirlər və yalnız istədikləri vaxt bir-iki maşını buraxırlar.
“Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar”, - deyə sürücülərdən biri bildirib.
Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara, “xoşunuza gəlmirsə, gedin “Tramp marşrutu”ndan istifadə edin” deyirlər.
Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “Tramp marşrutu”nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ-nin nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.

Ana səhifəyə qayıt
Oxunub: 298
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər