Tokayev Nazarbayevi “vurdu”
(11-01-2022, 15:00)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə ölkənin keçmiş lideri Nursultan Nazarbayev arasında ixtilaf yaşandığı güman olunur.

Buna səbəb kimi prezidentin yanvarın 11-dəki açıqlaması göstərilir.

Belə ki, Kasım-Jomart Tokayev Nursultan Nazarbayevin dövründə yaşananları tənqid edib.

O deyib ki, “ölkənin birinci prezidentinin hakimiyyəti dövründə çox gəlirli şirkətlər və beynəlxalq səviyyədə tanınmış zəngin adamlar peyda olub”.
 

“Xalqa məxsus olanı ona verməyin, sistematik kömək göstərməyin vaxtı çatıb. Hökumət bu şirkətlərin Qazaxıstan xalqı üçün Fonda töhfələrini müəyyənləşdirməlidir”, – deyən Tokayev ölkədə “rəqabəti daraldan” oliqarxları tənqid edib.
 

Tokayev həmçinin, Nazarbayevin kiçik qızı Aliya Nazarbayevaya bağlı “Operator ROP” tullantı emalı şirkətinin bağlanmasına göstəriş verib.


Beynəlxalq təhlilçilər prezident tərəfdarları ilə Nazarbayev tərəfdarları arasında hakimiyyət çəkişməsi getdiyini ehtimal edirlər.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 10

Xəbər lenti
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31