Adları divara yazılan tələbələr: "Mədəniyyət universitetində mədəniyyətsizlikdir"
(7-01-2022, 17:00)

Dünən sosial şəbəkələrdə universitetdə təhsil haqqı ödəməyən tələbələrin adlarının divara vurulması ilə bağlı fotolar paylaşılıb. Paylaşılan fotolar sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

 

Məsələ ilə  bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) təhsil haqqını ödəməyən tələbələrin adlarının divara vurulmasını təkzib edib.

 

Universitetin açıqlamasında qeyd olunub ki, bu, semestr imtahanlarından əvvəl sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahıdır.

 

Modern.az saytının əməkdaşı universitetin bu addımı ilə bağlı orada təhsil alan tələbələrin münasibəti öyrənib.

 

Universitetin tələbəsi Nərmin Əhmədova bildirib ki, “mədəniyyət” adı daşıyan universitetin mədəniyyəti yoxdur:

 

“Təhsil aldığım universitet belədi. Bizim qrupda hamısı qız idi. Bir dəfə dərsdən qaçdıq, adımızı yazıb dekanlıq biyabir etmişdi. Ona görə nə desəniz, bizim universitetdən gözləmək olar. Adından da göründüyü kimi “mədəniyyət” olub, mədəniyyət verməyən yerdi”.

 

ADMİU-nun keçmiş tələbəsi Şahmar Məmmədov qeyd edib ki, bu hərəkət mədəniyyət ocağında mədəniyyətsizlikdir:

 

“Mən də o universitetin məzunu kimi təssüf edirəm. Bu özü elə mədəniyyətsizlikdir. Universitetin rektoru Ceyran xanıma böyük hörmətim var, amma niyə belə bir addımın qarşını almadığı maraqlıdır.

 

İkincisi, təhsil haqları əhəmiyyətli dərəcədə artıb. Üçüncüsü isə vallah bu qiymətlərə mən şəxsən xaricdə daha da yüksək keyfiyyətli təhsil alardım. Dördüncüsü, əsas məsələ ondadır ki, bir belə pul ödə, sonra da minimum əmək haqqı, ya da ondan bir az yüksək 350-400 manat əmək haqqı al. Gülməli haldır”.

 

Tələbə Səkinə Mahmudovanın sözlərinə görə, kimlərisə alçaltmaq universitet rəsmilərinə zövq verir:

 

“Bəli həmin universitetdə işləyən bəzi insanlar o ağıldadı. Biz oxuyan vaxtda qrupda dərsdən qaçdığımıza görə adlarımızı yazıb divardan asmışdılar, töhmət verilmişdi. Nədənsə insanların səhvini, yaxud kasıblığını başqalarına nümayiş etdirmək onlara zövq verir”.

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 9

Xəbər lenti
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31