Şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlandı
(7-01-2022, 16:00)

Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olmuşdur.

 

DİN-dən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılmışdır.

 

Araşdırma aparılır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 120

Xəbər lenti