Əlillik dərəcəsi bu tarixdən yeni meyarlarla VERİLƏCƏK
(7-01-2022, 12:30)

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişikliyin qüvvəyə minmə vaxtı uzadılıb.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, əlilliyin təyin edilməsinin yeni meyarları nəzərdə tutulan dəyişikliklərin bu ilin yanvarın 1-də qüvvəyə minməsi nəzərdə tutulurdu:
"Lakin texniki səbəblərdən dəyişikliklərin qüvvəyə minməsi vaxtı uzadılıb, çünki dəyişikliklərin tətbiq olunması üçün Nazirlər Kabineti 800-ə yaxın meyarı təsdiq etməlidir. Eyni zamanda bu ekspertizanı aparacaq həkimlərə də beynəlxalq ekspertlər tərəfindən treyninqlər keçirilməlidir. Bundan əlavə, həm TƏBİB-in, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərinin və məlumat bazalarının bir-birilərinə uyğunlaşdırılması da lazımdır.
Buna görə də qərara alındı ki, qanunun icrası 2022-ci il iyulun 1-dən həyata keçirilisin. Artıq bu istiqamətdə hazırlıq prosesləri gedir və qeyd olunan tarixdən əlillik yeni meyarlarla müəyyən ediləcək”, - deyə M.Quliyev vurğulayıb.
Qeyd edək ki, yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.
İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |






