İdmançımız dünya ikincisi oldu
(29-12-2021, 13:30)

Ukraynanın Xarkov şəhərində keçirilən şaolin döyüş sənətləri üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin əməkdaşı ikinci yerə layiq görülüb.

 

Çempionatda dünyanın 20 ölkəsindən mindən çox idmançı iştirak edib. 85 kq çəki dərəcəsində döyüşlərə qatılan Dövlət Gömrük Komitəsinin əməkdaşı Elşad Şükürov əvvəl Qazaxıstan idmançısı üzərində qələbə qazanıb.

 

Daha sonra Gürcüstan nümayəndəsi ilə döyüşdən də qalib ayrılan idmançımız finalda Ukrayna təmsilçisi ilə görüşüb. Çempionatın fəxri kürsüsünü 1 xal hesabı ilə itirən Elşad Şükürov gümüş medala layiq görülüb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 368

Xəbər lenti