“Qırmızı Xaç”ın həkimləri Saleh Rüstəmliyə baş çəkdilər
(17-12-2021, 13:56)

Dekabrın 17-də vəkili Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmliyə baş çəkib.

B.Bayramovun sözlərinə görə, bu gün S.Rüstəmlini həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimləri müayinə ediblər. Onun sözlərinə görə, S.Rüstəmliyə aylarla normal şəraitdə müalicə lazımdır.

Vəkil əlavə edib ki, S.Rüstəmli çox zəifdir deyə, otaqdan çıxa bilməyib: "Telefonla danışdıq. Müəyyən müalicə alır".


Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

O, qanunsuz həbs edildiyini bildirərək, 1 aydan çoxdur aclıq aksiyası keçirirdi. S.Rüstəmli aclığı dünən dayandırıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 78

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031