Sabah rayonlara yağış və qar yağacaq - PROQNOZ
(17-12-2021, 18:00)

Dekabrın 18-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah dyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |






