Xəstə qadını döyən baxıcıya cinayət işi açıldı
(17-12-2021, 14:30)

Bakıda 75 yaşlı xəstə qadını döyən baxıcısına cinayət işi açılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Pirallahı rayonu, Pirallahı qəsəbəsində yaşayan 1946-cı il təvəllüdlü ağır xəstə olan Zenfira Musayevaya ona qulluq edən şəxs tərəfindən zorakılıq edilməsini əks etdirən videogörüntülər və məlumatlar yayılıb.

 

"Pirallahı rayon prokurorluğunda qeyd edilən faktla bağlı aparılmış araşdırmalarla ağır xəstə olan Zenfira Musayevanın baxıcısı Sona Axundova tərəfindən mütəmadi olaraq döyülməklə və sair zorakı hərəkətlərlə əzab verilməklə çoxsaylı bədən xəsarətləri yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Yoxlama zamanı Zenfira Musayevanın qızı Sevinc Quliyeva tərəfindən anasının baxıcısı tərəfindən döyülməsini əks etdirən videogörüntülər də təqdim edilib.

 

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Rayon Polis Şöbəsinə tapşırılıb.

 

Hazırda istintaq davam edir", - məlumatda qeyd edilir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 81

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031