Şuşa və Ağdama müəllimlərin gedişi planlaşdırılır - Emin Əmrullayev
(17-12-2021, 13:30)

“Azad edilən ərazilərdə minatəmizləmə işləri davam etdiyi üçün hələ ki orada çalışacaq təhsil işləri üçün hər hansı güzəştlərin edilməsi ilə bağlı hazırda müzakirə yoxdur”
Bu sözləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, artıq Şuşada və Ağdamda məktəblərin tikintisi üçün işlərə start verilib:
"Təbii ki, ümumilikdə bir çox məktəblərdən söhbət gedir. Sözsüz ki, orada çalışacaq müəllimlərin gedişi də planlaşdırılır. Çünki bir neçə məqama diqqət yetirmək lazımdır. Onlar həmin ərazilərə qayıtdıqda məktəblərin həcmi və şagird sayı dəyişə bilər. Bu, çox ciddi planlaşdırma tələb edən işdir. Nə qədər müəllimin orada çalışması məsələsi də hələ müəyyənləşməyib. Bu, konkret rəqəm tələb edir".
Ana səhifəyə qayıt
Oxunub: 75
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar