Mahir Emreli “Qarabağ”a qayıdacaq? - Klubdan AÇIQLAMA
(17-12-2021, 12:00)

“Müqavilə ilə hər hansı bir kluba məxsus olan futbolçu barədə fikir bildirmək peşəkarlıq baxımından doğru olmaz”.
Bu fikirləri açıqlamasında "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Polşa “Legiya”sında oynayan azərbaycanlı futbolçu Mahir Emreli haqqında deyib.
Onun sözlərinə görə, yayda “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emrelinin Varşava təmsilçisi ilə uzun müddətli, 3 illik müqaviləsi var.
“Bizim bildiyimiz qədəri ilə Mahir Emrelinin klubdan ayrılıb “Qarabağ”a geri dönmək fikri yoxdur”, -deyə sonda klub rəsmisi bildirib.
Qeyd edək ki, Mahir Emrelinin Plotsk “Visla”sı ilə oyundan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalması səbəbi ilə “Legiya” klubundan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.
Ana səhifəyə qayıt
Oxunub: 82
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər